Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə zədəli futbolçularının durumundan danışıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:
 
"Juan Palinya və Pepe Qətərlə yoxlama matçında iştirak etməyəcək. İrlandiya oyunda xəsarət alan bu iki oyunçunun zədəsi elə də ciddi deyil. Həkimlər heyəti onların 2-3 günə tam hazır olacağını söyləyib. Hər ikisi Azərbaycanla matçadək bərpa olunacaq".
 
Qeyd edək ki, bu gün keçiriləcək Qətər - Portuqaliya qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya oyununa isə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest