"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço İngiltərə milli komandasının düşərgəsini tərk edib. Matc.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Sanço zədə səbəbindən heyətdən çıxarılıb.
 
İngiltərə yığması Dç-2022-nin seçmə mərhələsi çərçivəsində sabah Andorra, sentyabrın 8-də isə Polşa ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest