Türkiyənin "Beşiktaş" klubunun borcu açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisindən məlumat verilib.
 
Xəbərdə klubun 2021-ci ilin 30 iyununa qədər olan borcunun 4 milyard 382 min TL olduğu diqqətə çatdırılıb.
 
ötən mövsüm Türkiyə çempionu olan, ölkə kubokunu qazanan "Beşiktaş", bu mövsüm 3 turdan sonra 7 xalla 3-cü pillədə qərarlaşıb. "Qara qartallar" Türkiyəni UEFA çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest