"Qəbələ" Premyer Liqanın 3-cü turunun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirib.
 
"Qırmızı-qaralar" 1-ci divizionda mövsümün startına hazırlaşan "Qəbələ-2" ilə üz-üzə gəlib. Elmar Baxşıyevin baş məşqçisi olduğu əsas komanda 4:0 hesabı ilə qalib gəlib.
 
Xatırladaq ki, "Qəbələ" və "Qəbələ-2" beş gün öncə də yoxlama görüşündə üz-üzə gəlib. Əsas komanda həmin qarşılaşmada 4:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest