Futbol üzrə Argentina yığmasının sabiq yarımmüdafiəçisi Xavyer Pastorenin yeni komandası müəyyənləşib. Matc.az xəbər verir ki, bir neçə gün öncə İtaliyanın "Roma" klubundan ayrılan futbolçu, İspaniya "Elçe"si ilə anlaşıb.
 
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
 
Pastore 2018-ci ildən "Roma"da çıxış edirdi. O, bir neçə gün əvvəl paytaxt klubundan azad agent statusu ilə ayrılmışdı. Argentinalı futbolçu bu komandada cəmi 37 oyuna çıxıb, 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest