"Yuventus"un futbolçusu Brayan Dodyen vəfat edib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkən Brayan 17 yaşında ölüb.
 
Dodyen 12 yaşından xərçəng idi. O, 2017-ci ildə müalicəsini davam etdirmək üçün futbolu dayandırmış, 2019-cu ildən yenidən yaşıl meydanlara qayıtmışdı. Turin təmsilçisinin U-15 komandasında çıxış edən Brayan daha sonra yenidən futbola fasilə vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest