Dç-2022-nin seçmə mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyev millinin heyətinə qoşulub.
 
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest