Hagenin sözlərinə görə, inkişaf etmək üçün daha çox çalışır: "Artıq hər şeyi daha yaxşı etmək istəyən və qapıya tərəf gələn hər topu dayandırmağa çalışan sakit bir Hagen görürəm".

"Azərbaycanda oynamaq təcrübəsi məni şəxsiyyət kimi böyüməyə vadar etdi. Bu, mənə zövq verir. çünki futbolçu kimi də inkişaf etdim". Matc.az xəbər verir ki, bu fikirləri "Səbail"lə yollarını ayıran qvatemalalı qapıçı Nikolas Hagen ölkəsinin mətbuatına açıqlamasında deyib.

25 yaşlı qolkiper bildirib ki, Bakı təmsilçisinin heyətində bu qədər oyun keçirmək ona mənəvi rahatlıq verib: "Artıq futbola fərqli şəkildə baxmağı bacarıram. Hər gün inkişaf etməyə daha çox can atıram. ümid edirəm ki, belə halların sayı çox olacaq".

Hagenin sözlərinə görə, inkişaf etmək üçün daha çox çalışır: "Artıq hər şeyi daha yaxşı etmək istəyən və qapıya tərəf gələn hər topu dayandırmağa çalışan sakit bir Hagen görürəm".

Hagen 2020/2021 mövsümündə "Səbail"də çıxış edib. O, əsas hədəfinin karyerasını ölkə xaricində davam etdirmək olduğunu söyləyib: "Qvatemalaya qayıtmağı qətiyyən düşünmürəm. Daha rəqabətli liqalarda oynamaq istəyirəm".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest