Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində daha bir itki qeydə alınıb.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində daha bir itki qeydə alınıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 4-də Dublin şəhərində təşkil olunmuş İrlandiya – Azərbaycan oyununun gedişində zədələnən Rüstəm Əhmədzadənin ("Minay", Ukrayna) sabah keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcəyi dəqiqləşib.
 
Xatırladaq ki, Portuqaliya yığması ilə oyuna hazırlaşan millimizin düşərgəsini daha öncə Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı kart limiti ilə əlaqədar tərk etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest