Ağdam təmsilçisi Çexiyanın "Bohemians" klubu ilə görüşüb. İlk oyununda Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri bu dəfə də məğlub duruma düşüb.

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Qarabağ" Antalyadakı təlim-məşq toplanışını davam etdirir. Matç.az xəbər verir ki, Azərbaycan çempionu bu gün qonşu ölkədə 2-ci yoxlama oyununu keçirib.

Ağdam təmsilçisi çexiyanın "Bohemians" klubu ilə görüşüb. İlk oyununda Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri bu dəfə də məğlub duruma düşüb.

çexiyalıları qarşılaşmanın əvvəlində hesabı açıb. Lakin ağdamlılar fasiləyədək status-kvonu bərpa edib. "Qarabağ"ın 2019-cu ildəki ilk qoluna Filip Ozobiç imza atıb – 1:1. İkinci hissədə rəqib qapısına təzyiqi artıran ölkə çempionu önə də keçməyi bacarıb. 62-ci dəqiqədə Donald Gerye fərqlənib. Matçda son nöqtəni Simeon Slavçev qoyub. Bolqarıstanlının 90-cı dəqiqədəki qolu "Qarabağ"a əzmkar qələbə qazandırıb – 3:1.

Yoxlama oyunu

19 yanvar

"Qarabağ" (Azərbaycan) – "Bohemians" (çexiya) - 3:1

Qollar: Filip Ozobiç, 36, Donald Gerye, 62, Simeon Slavçev, 90

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev (13. Vaqner da Silva, 50), 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye

67-ci dəqiqədə meydana daxil olan "11-lik": 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 9. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 70. Nicat Süleymanov

Antalya. "Gloria Sport Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest