Dç-2022-nin Qvineya və Mərakeş milliləri arasındakı seçmə oyunu təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytı məlumat yayıb.
 
Oyunun təxirə salınmasına səbəb Qvineyadakı hazırkı siyasi və təhlükəsizlik sarıdan vəziyyətin qeyri-sabitliyi olub.
 
Bütün oyunçuların təhlükəsizliyini təmin etmək və matçın rəsmi şəxslərini qorumaqdan ötrü FİFA və CAF sentyabrın 6-da Konakridə keçirilməli olan qarşılaşmanı təxirə salmağa qərar verib.
 
Qeyd edək ki, Qvineyada hərbi çevriliş baş verib. Silahlı qrup ölkə prezidentini girov götürüb, konstitusiyanın fəaliyyətini dayandırıb və bir həftə ərzində ölkəyə bütün giriş-çıxışları bağlayıb.
 
Qvineya milli komandasının düşərgəsində "Neftçi"nin futbolçusu Mamadu Kane də yer alır. Baş verən hadisələrlə əlaqədar hazırda o da ölkəni tərk edə bilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest