"Azərbaycanın İrlandiyaya qarşı oyununu izlədik". Matc.az xəbər verir ki, bunu  Portuqaliya yığmasının futbolçusu Ruben Diaş Dç-2022-nin seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
 
Müdafiəçi sabah Bakı Olimpiya Stadionunda baş tutacaq matçda hədəflərinin qalibiyyət olacağını bildirib: "Azərbaycan son oyunda yaxşı çıxış etdi. Buna rəğmən bizim üçün əsas məsələ oyuna köklənmək olacaq. Məqsədimiz yalnız qələbədir".
 
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest