"Azərbaycan yığmasının güclü baş məşqçisi var. Fikrimiz, oyunda olacaq, nəinki rəqibin tək-tək oyunçularında. Rəqib futbolçuları tək-tək təhlil etməmişik". Matc.az xəbər verir ki, bunu  bunu Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş deyib.

Dç-2022-nin seçmə mərhələsində sabah Azərbaycan millisinə qarşı keçiriləcək oyunla bağlı danışan təcrübəli bildirib ki, qarşılaşmaya yaxşı hazırlaşıblar: "Rəqib müdafiədə yaxşı oynayır. Amma yarımmüdafiə xəttində də güclüdürlər. çalışacağıq sabah yaxşı təşkilatlanmış komanda kimi oynayaq. Rəqib bəzi hallarda 6 nəfərlə topun arxasında oynayır, bəzən isə əksinə. Biz bütün bu hallara hazırıq".

Təcrübəli baş məşqçi yalnız qələbə haqqında düşündüklərini söyləyib: "Qrupda mübarizə son turadək davam edəcək. Xal itirsək, qrupdan çıxmağı necə düşünə bilərik?. Bakıda məğlub olmaq barədə fikirləşmirik. Qarşıda finala bərabər 4 oyunumuz var. Serbiya ilə noyabrın 14-dəki görüş həlledici olacaq".
 
Santuş ehtiyatlı oynayacaqlarını gizlətməyib: "Meydanda dinamik olmalıyıq. De Byazi Avropa çempionatına çıxardığı Albaniya millisinin sükanı arxasında heç vaxt böyük hesabla uduzmayıb. ümid edirəm ki, sabah hər şey fərqli olacaq. Azərbaycan millisi asan komanda deyil. İlk matçda bizə necə çətinlik yaratdıqlarını gördük. Rəqibə imkan verməsək, qələbə qazana bilərik".
 
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest