"Qəbələ"dən ayrılan Nikolas Raysel karyerasını "Səbail"də davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.
 
28 yaşlı hücumçu ilə müqavilənin müddəti 2022-ci ilin yayına qədərdir.
 
O, yeni komandasının heyətində 32 nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest