Türkiyənin "Lill" klubunda avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu Burak Yılmaz Liqa 1 təmsilçisində ötən ayın ən yaxşısı elan olunub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəli hücumçunun azarkeşlər arasında aparılan səsvermə nəticəsində ən yaxşı seçildiyi diqqətə çatdırılıb.
 
Burak avqustda "Lill"in heyətində 4 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Xatırladaq ki, türkiyəli hücumçu ötən mövsümdə də "Lill"in heyətində dekabr və aprel aylarının ən yaxşı oyunçusu elan edilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest