Futbol üzrə Azərbaycan millisi bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız seçmə mərhələnin 6-cı turu çərçivəsində Portuqaliya ilə qarşılaşıb.

Millimiz A qrupunun favoritini doğma meydanda – Bakı Olimpiya Stadionunda qəbul edib. Qarşılaşma Portuqaliya yığmasının qələbəsiylə başa çatıb.

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub. Daha sonra yığmamız Serbiya və Lüksemburqa 1:2 hesabıyla uduzub, İrlandiya ilə heç-heçə oynayıb – 1:1.

Dç-2022-nin seçmə mərhələsi
A qrupu
7 sentyabr

Azərbaycan – Portuqaliya 0:3
Qol: B.Silva, 26. A.Silva, 31. D.Jota, 75.
Baş hakim: Marko Quida (İtaliya).
Bakı Olimpiya Stadionu.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Təmkin Xəlilzadə, 20. Filip Ozobiç.
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 5. Bəhlul Mustafazadə, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 11. Ramil Şeydayev, 15. Sertan Taşqın, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 18. Şəhriyar Əliyev, 21. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerrero, 6. Joao Palinya, 8. Joao Moutinyo (k), 9. Andre Silva, 10. Bernardo Silva, 11. Bruno Fernandes, 20. Joao Kanselo, 21. Dioqo Jota.
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Dioqo Kosta, 2. Nelson Semedo, 7. Fransisko Trinkan, 13. Danilo, 14. Dominqos Duarte, 14. Rafa Silva, 16. Otavio, 17. Qonsalo Quedes, 18. Ruben Neves, 19. Tavares Mendes, 23. Joao Mario.
Baş məşqçi: Fernando Santos.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest