Futbol üzrə Fransa yığmasının sabiq yarımmüdafiəçisi Frank Riberinin yeni klubu məlum olub. Matc.az xəbər verir ki, 38 yaşlı futbolçu İtaliyanın "Salernitana" klubuna keçib.
 
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Riberi yeni klubu ilə 1 illik müqavilə imzalayıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Riberinin son klubu "Fiorentina" olub (2019-21). O, daha öncə "Bayern", "Olimpik" (Marsel), "Qalatasaray", "Mets", "Brest" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest