Niderlandın PSV klubu futbolçusu Mario Götse ilə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, Eyndhoven təmsilçisi alman futbolçu ilə sözləşmənin müddətini 2024-cü ilin yayına qədər artırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Almaniya miillisinin də üzvü olan Götse 2020-ci ilin oktyabrından PSV-də çıxış edir. O, daha əvvəl "Bayern" və Dortmund "Borussiya"sında forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest