İtaliyanın "Milan" klubu çempionlar Liqasının qrup mərhələsinin ev oyunları üçün biletlərin qiymətini azaldıb. Matc.az xəbər verir ki, bu barədə "qırmızı qaralar"ın mətbuat xidməti məlumat yayıb. Oyunlar üçün daha əvvəl bilet alan azarkeşlərə isə pullarının qalığı qaytarılacaq.
 
"Milan"da bundan əvvəl çempionlar Liqasının oyunları üçün bilet qiymətləri A Seriyası matçlarındakından ikiqat çox idi və bu, azarkeşlərin narazılığına səbəb olmuşdu.
 
"Milan" çempionlar Liqasının qrup mərhələsində "Liverpul", "Atletiko" və "Portu" ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest