Alman futbolçu Robert Bauer Qazaxıstan milli komandasında çıxış edə bilər. Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi sözügedən millidə oynamaq üçün Qazaxıstan Futbol Federasiyasından 1 milyon avro istəyib.
 
Bu barədə "metaratings.ru" saytı məlumat yayıb. Futbolçu ilə federasiya nümayəndələri arasında danışıqlar davam edir.
 
Hazırda azad agent olan Bauer Almaniyanın U-20 yığmasında 13 oyuna çıxıb. Yarımmüdafiəçi daha əvvəl Almaniyada "Verder", "Nürnberq", Rusiyada "Arsenal" (Tula) kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest