Türkiyənin "Yeni Malatyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın "Dijon" klubunun yarımmüdafiəçisi Munir Şuyarı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu satınalma şərti ilə icarəyə götürülüb.
 
Munir Şuyar 2019-cu ildən "Dijon"da çıxış edirdi. Fransanın U-21 yığmasında da oynamış vinger, "Lans"ın yetirməsidir. O, 2016-2019-cu illərdə məhz bu klubun əsas komandasında forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest