"Güclü komandalara qarşı oyun oynadıq. Komandam hər oyunda əzmkarlıq göstərdi. Hər oyunda qol vurmağı bacardıq"

Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdəkı çıxışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev turnirlə bağlıfikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, o, AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
"Turnirin təşkilatçılığından razı qaldım. Güclü komandalara qarşı oyun oynadıq. Komandam hər oyunda əzmkarlıq göstərdi. Hər oyunda qol vurmağı bacardıq. çatışmayan cəhətlərimizi görmək üçün bu cür rəqiblərlə oyunlar çox vacibdir. Müşahidə etdiyimiz çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Seçmə oyunlar öncəsi bu cür turnirdə çıxış etməyimiz müsbət oldu. Bundan sonrakı oyunlarda daha yaxşı nəticə üçün oynayacağımıza inanıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest