Avropa çempionatının seçmə mərhələsində Rusiya və Danimarka ilə qarşılaşacaq futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Matc.az xəbər verir ki, sentyabrın 17-də Rusiyanın qonağı olacaq Azərbaycan millisi 4 gün sonra Danimarkanı qəbul edəcək.
 
Yığma komanda bu oyunlara hazırlıq məqsədilə sentyabrın 8-dən 14-dək Bakıda təlim-məşq toplanışında olacaq.
 
Hazırlıq prosesinə bu futbolçular dəvət olunub:
 
1. Şərifova Aytac - Okjetpes (Qazaxıstan)
2. İsmayılova Günay - Kireçburnu (Türkiyə)
3. Əliyeva Nərgiz - Nike (Gürcüstan)
4. Mirzəliyeva Nigar - Rubin (Rusiya)
5. Məmmədova Kamilla - Rubin (Rusiya)
6. Hacıyeva Nərgiz - Fomget Genclik ve Spor (Türkiyə)
7. Mollayeva Manə - VDV Ryazan (Rusiya)
8. Dorofeyeva Alina - Yenisey (Rusiya)
9. Əhmədova Ayşən - ALG Spor (Türkiyə)
10. Məhsimova Jalə - Zenit (Rusiya)
11. Nahmədova Alina - Balxurma
12. Bakarandze Kristina - Lançxuti (Gürcüstan)
13. Əliyeva Aysun - Fomget Genclik ve Spor (Türkiyə)
14. Rəhimova Sona - Nike (Gürcüstan)
15. Əliyeva Coşqunə - Nike (Gürcüstan)
16. Hacıyeva Vüsalə - Nike (Gürcüstan)
17. Seyfəddinova Vüsalə - ALG Spor (Türkiyə)
18. Teymurova Firəngiz - Okjetpes (Qazaxıstan)
19. Məmmədova Diana - Yenisey (Rusiya)
20. Məmiyeva Nəzrin - 8 – İOEUGiM
21. Bozdağ Peritan - Hakkarigücü (Türkiyə)
22. Koyun Bilge Su - Fatih Vətən (Türkiyə)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest