Türkiyənin "Göztəpə" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, İzmir təmsilçisinin "sükan"ı Nestor El Maestroya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
Maestronun son iş yeri Səudiyyə Ərəbistanının "Əl Taavun" klubu olub.
 
El Maestro baş məşqçi postunda bir neçə gün əvvəl istefaya göndərilən ünal Karamanı əvəz edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest