Türkiyə milli komandasının futbolçusu çağlar Söyüncü Dç-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesabıyla uduzduqları oyundan sonra "tvitter" hesabında paylaşım edib.
 
Matc.az xəbər verir ki, qarşılaşmanın 44-cü dəqiqəsində qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyan müdafiəçi, paylaşımında dostlarından və Türkiyə xalqından üzr istəyib:
 
"Karyeram boyunca bir daha yaşamaq istəmədiyim bir gecə oldu. Gördüyünüz "qırmızı"ya görə çox məyusam. Bütün komanda yoldaşlarımdan və xalqımdan üzr istəyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest