Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı yarımmüdafiəçi Qustavo Assunsaonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu Portuqaliyanın "Famalikan" klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Assunsao Madrid "Atletiko"sunun yetirməsidir. O, 2019-cu ildən "Famalikan"ın uğurları üçün çalışırdı. Braziliyanın U-23 yığmasının da üzvü olan futbolçu, Portuqaliya klubunda bütövlükdə 68 matça çıxıb, 1 qol vurub.
 
"Qalatasaray" iki gənc futbolçusu ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Hamza Yiğit Akman və Yiğit Dəmir ilə peşəkar müqavilə imzalanıb. Hamza Yiğit Akman ilə müqavilənin müddəti 2023/24, Yiğit Dəmir ilə sözləşmənin müddəti isə 2025/26 mövsümünün sonuna qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest