Qış transfer dönəminin fəal komandalarından olan "Keşlə"də daha iki oyunçunun taleyinə aydınlıq gəlib. Bu barədə paytaxt klubunun baş məşqçisi Tərlan Əhmədov məlumat verib.

Qış transfer dönəminin fəal komandalarından olan "Keşlə"də daha iki oyunçunun taleyinə aydınlıq gəlib. Bu barədə matç.az saytına açıqlamasında paytaxt klubunun baş məşqçisi Tərlan Əhmədov məlumat verib.

Vaqif Cavadov və Diallo Quideleye ilə bağlı yekun qərarı verdiklərini söyləyən çalışdırıcı millimizin sabiq üzvündən fərqli, fransalı yarımmüdafiəçini komandada saxlamaq qərarına gəldiklərini bildirib: "Diallo ilə bağlı heç bir problem yoxdu. Fərdi söhbətlərimiz olub, danışmışıq. özünü yavaş-yavaş formaya salır. Onu heç yerə buraxmaq fikrimiz yoxdu. O ki qaldı Vaqifə, onun üçün bir şansdı ki, özünü başqa komandada yoxlasın".

Qeyd edək ki, qış fasiləsində Vüsal İsgəndərli, Con Kamara və Emin Mehtiyevi heyətinə qatan "Keşlə" əvəzində Orxan Sadıqlı, Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Herve Tçami, Elnur Cəfərov və Məmməd Quliyevlə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest