Niderlandlı mütəxəssis Qus Hiddink məşqçi karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 74 yaşlı mütəxəssis "Voetball İnternational" nəşrinə açıqlamasında deyib:
 
"Koronavirusa yoluxduğum üçün son vaxtlar işləyə bilmədim. Kurasao Futbol Federasiyasının prezidenti ilə danışdım və mənim bir müddət qalmağımı istədi. Karyeramı bitirmək qərarını vermişəm. Yenidən məşqçiliyə qayıdacam? Xeyr".
 
Hiddink 2020-ci ilin avqustundan Kurasao yığmasını çalışdırırdı. Niderlandlı mütəxəssis daha əvvəl "Real", "çelsi", "Fənərbaxça", "Valensiya" kimi klublarda və Rusiya, Türkiyə, Niderland, Avstraliya kimi yığma komandalarda baş məşqçi işləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest