"Neftçi" klubu baxışa yeni futbolçular çağırıb. Matc.az xəbər verir ki, hazırda iki seneqallı oyunçu komandanın düşərgəsində yoxlanışdadır. Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
 
18 yaşlı dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi olan həmyaşıdı Dyedyu Usman məşqlərdə iştirak edirlər.
 
Bu futbolçular məşqçilər heyəti tərəfindən bəyəniləcəyi halda, onlarla rəsmi müqavilə bağlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest