1961-ci ildə Bakıda keçirilmiş ümumittifaq Spartakiadasında çempion olmalarının və Ukraynada gənclər arasında təşkil olunmuş SSRİ çempionatında "Neftçi" komandasının heyətində gümüş medal qazanmalarının 60 illik yubileyi münasibətilə veteran futbolçular - Rafiq Batrayev, Vaqif Hüseynov və Vladimir Fyodorova AFFA tərəfindən rəmzi formalar təqdim olunub.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, veteran futbolçuların hər birinə Azərbaycan milli komandasının rəmzi olaraq "60" yazılmış formaları təqdim olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest