"Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonq uğrunda mübarizə qızışır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, həm PSJ, həm də "Barselona" gənc futbolçunu heyətinə cəlb etmək üçün hər cür fədalarlığa hazırdı.

PSJ rəhbərliyi oyunçunun meneceri ilə görüşmək üçün Amsterdama yollanıb. Rəqibindən geri qalmayan "Barselona"da isə prezidenti Xosep Bartomeu oyunçu ilə görüşmək üçün özü Hollandiyaya gedib. Hər iki tərəf "Ayaks"a istədiyi məbləği verməyə razıdı. Bircə qalır futbolçunun özü ilə anlaşmaq. Yaxın günlərdə de Yonqun bu iki komandadan birinə keçidi gözlənilir.

Qeyd edək ki, Frenki de Yonqun transfer qiymətinin 80-85 milyon avro olduğu bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest