Futbol üzrə Braziliya yığması Dç-2022-nin seçmə mərhələsinin 10-cu turu çərçivəsində Peruya 2:0 hesabıyla qalib gəlib. Matc.az xəbər verir ki, bu oyun braziliyalılar üçün əlamətdar olub.
 
Belə ki, sözügedən komanda Dç-nin seçmə mərhələ oyunlarında ardıcıl 9-cu qələbəsinə sevinib. Bu isə rekord göstəricidir. 
 
Braziliya yığması bununla əvvəlki rekordunu yeniləmiş olub. Bu komanda 2016-cı ilin sentyabrından 2017-ci ilin dekabrına qədər Dç-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində ardıcıl 9 qələbə qazanmışdı. Braziliyalıların qarşıda da seçmə mərhələ çərçivəsində xeyli oyununun qaldığını nəzərə alsaq, yeni rekordun müəyyənləşməsi də istisna deyil.
 
Braziliyalılar Dç-2022-nin seçmə mərhələsində keçirdiyi 8 oyunun hamısından qalib ayrılıb. Bu komanda hazırda 24 xalla zirvədə qərarlaşıb. Daha bir qələbə isə Dç-2018-in seçmə mərhələsində qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest