Futbol üzrə Braziliyalı millisinin müdafiəçisi Dani Alves "San Paulo"dan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə yerli mətbuata sözügedən klubun idman direktoru Karlos Belmonte məlumat verib.
 
O, futbolçunun maaşının gecikməsi səbəbindən belə qərar qəbul etdiyini bildirib. Söhbət 2 milyon avroluq borcdan gedir. Alves artıq klubla bütün danışıqları dayandırıb və özünə yeni komanda axtarmağa başlayıb.
 
38 yaşlı müdafiəçi təxminən iki həftə idi Braziliya millisinin düşərgəsində idi. O, yığmanın toplanışından sonra "San Paulo"nun düşərgəsinə qayıtmaqdan və məşqlərə qatılmaqdan imtina edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest