Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Şalke"nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Rödinqhauzen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı komandanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Şalke II" hazırda 7 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest