Futbol üzrə Niderland 2-ci liqasında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar" da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Almere Siti" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Ozan da bu matçın iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb.
 
"Telstar" 2-ci liqada 6 turdan sonra cəmi 3 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest