İtaliyanın "Milan" klubunun hücumçusu Olivye Jiru koronavirusdan sağalıb. Matc.az xəbər verir ki, fransalı 34 yaşlı futbolçudan sentyabrın 2-də götürülmüş COVİD-19 testi pozitiv çıxmışdı.
 
Klubun yaydığı son məlumata görə, təcrübəli hücumçudan sentyabrın 10-da götürülmüş sonuncu testin nəticəsi mənfi çıxıb. O, bu gün ətraflı tibbi müayinədən keçdikdən sonra komanda ilə məşqlərə başlaya biləcək.
 
Jiru "Milan"a bu yay keçib. O, cari mövsümdə A Seriyası çərçivəsində meydana çıxdığı 2 oyunda 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest