Futzal üzrə Yüksək Liqanın 2021/22 mövsümündə iştirak edəcək klublar üçün seminarlar keçirilir. Matc.az xəbər verir ki, növbəti belə seminar "Baku Fire" komandasının üzvləri üçün təşkil olunub. 
 
Komandanın məşqindən əvvəl Futzal Federasiyasının hakimləri üzrə koordinatoru Elçin Məmmədov qaydalardakı (Əsasnamə və ya Oyun Qaydaları) dəyişikliklər, təlimatlardakı əlavələr barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest