Niderlandın NEK klubunda çıxış edən türk hücumçu Əli Akman mükafatlandırılıb. Matc.az xəbər verir ki, 19 yaşlı futbolçu Niderland 2-ci liqasında avqust ayının ən yaxşı gənc futbolçusu mükafatını qazanıb. Ona "Yohan Kroyff" mükafatı verilib.
 
Akman NEK-lə ötən ay iki oyunda 2 qol vurub.
 
Müqavilə ilə Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna məxsus olan hücumçu bu transfer pəncərəsi dövründə NEK-ə icarəyə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest