"Çıxış yolu olmalıdır. Yenə deyəcəm ki, bir balaca vaxt lazımdır. Hücumları dəyərləndirə bilmirik. Çıxış yolu olmalıdır və oyunlara baxıb təhlil edəcəyik"

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Danışılası çox şey yoxdur. Məğlub olduq, buraxdığımız uşaq səhvi qolla nəticələndi. Nəticəni dəyişmək istədik, alınmadı. Rəqibi təbrik edirik.
 
- Sanki komandada istəksizlik var. Sizə də belə gəlmirmi? 
- Elə deməzdim. 3-cü turdayıq və məğlubiyyətlər komandada özünəinamsızlıq yaradır. 3 oyunda qol vurmamağımız bu inamsızlığı daha da artırır. Kənardan istəksiz olduğumuz görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünəinam azalır.
 
- Bu vəziyyətdən çıxış planınız var?
- çıxış yolu olmalıdır. Yenə deyəcəm ki, bir balaca vaxt lazımdır. Hücumları dəyərləndirə bilmirik. çıxış yolu olmalıdır və oyunlara baxıb təhlil edəcəyik.
 
- Komandada narahatlıq olduğu deyilir. Bu haqda nə deyə bilərsiz? 
- Komanda daxilində hər şey yaxşıdır. Düzdür, məğlubiyyətlər kiməsə xoş deyil, ancaq ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdur. Komandanın daxilində hər şey qaydasındadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest