"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyuna fərqli hazırlaşmışdıq. Amma qırmızı vərəqədən sonna işimiz çətinləşdi. Müdafiə olunmalıydıq. Futbolçular xeyli güc itirdilər. Sonda standart vəziyyətdən qol buraxdıq.
 
Oyunla bağlı danışılası çox şey yoxdur. üç oyundur uduzuruq, üzgünük. Psixoloji gərginliyi üstümüzdən ata bilmirik. Futbolçular məşqdə daha yaxşıdırlar. Amma oyunlarda gərginlik görünür.
 
Şəhriyar Əliyevin epizodunda hakimin səhvi var idi. Anatoli Abanqa göstərilən qırmızı vərəqə isə haqlı idi. O, ən ağır cəzanı alacaq. Əvəzedici komandaya göndəriləcək, AFFA İntizam Komitəsinin cəriməsini özü ödəyəcək. Biz özümüz də ona cəza verəcəyik. çünki matçın əvvəlində qırmızı vərəqə almaq yolverilməzdir. Oyun epizodu olsaydı, hardasa başa düşmək olardı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest