Futbol üzrə Almaniya Bundesliqasında 4-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub. 
 
Turun açılış matçında Dortmund "Borussiya"sı çətin Leverkuzen səfərində "Bayer"lə qarşılaşıb. Yeddi qolun qeydə alındığı bu oyun qonaqların çətin qələbəsi ilə başa çatıb.
 
Lider "Volfsburq" bu turda "Qroyter"in qonağı olub və növbəti qələbəsini rəsmiləşdirib.
 
Turun mərkəzi görüşündə son çempion "Bayern" səfərdə "Leyptsiq"in qonağı olub. Beş qolun qeydə alındığı bu oyunda Münhen təmsilçisi darmadağına sevinib.
 
Almaniya Bundesliqası
4-cü tur
11 sentyabr
 
Bayer – Borussiya (Dortmund) 3:4
Qol: Virts, 9. Şik, 45+1. Dyabi, 55 – Haland, 37; 77-pen. Brandt, 49. Gerrero, 71.
 
Qroyter – Volfsburq 0:2
Qol: Nmeça, 10. Veqorst, 90+1-pen.
 
Union Berlin – Auqsburq 0:0
 
Frayburq – Köln 1:1
Qol: Rafael, 89-öz qapısına – Modeste, 34.
 
Hoffenhaym – Maynts 0:2
Qol: Burkardt, 21. İnqvartsen, 77.
 
Leyptsiq – Bayern 1:4
Qol: Laymer, 58 – Levandovski, 12-pen. Musiala, 47. Sane, 54. Şupo-Motinq, 90+2.
 
12 sentyabr
 
17:30. Ayntraxt – Ştutqart
19:30. Bohum – Herta
21:30. Borussiya (Mönhenqladbax) – Arminiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest