Futbol üzrə İspaniya La Liqasında 4-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Tura "Levante" – "Rayo Valyekano" matçıyla start verilib. Bu oyunda qalib müəyyənləşməyib. Günün digər oyununda Bilbao təmsilçisi "Atletik" doğma meydanda "Malyorka"nı 2 cavabsız qolla məğlub edib.
 
4-cü turun "Vilyarreal" – "Alaves" və "Sevilya" – "Barselona" matçları təxirə salınıb. Buna səbəb bu klubların futbolçularının Dç-2022-nin seçmə mərhələ oyunları ilə əlaqədar millinin düşərgəsindən gec qayıtmasıdır.
 
İspaniya La Liqası
4-cü tur
11 sentyabr
 
Levante – Rayo Valyekano 1:1
Qol: Marti, 39-pen – Qvardiola, 90+2.
 
Atletik – Malyorka 2:0
Qol: Vivian, 68. Uilyams, 74.
 
12 sentyabr
 
16:00 Espanyol – Atletiko
18:15 Osasuna – Valensiya
20:30 Kadis – Real Sosyedad
23:00 Real – Selta
 
13 sentyabr
 
22:00 Xetafe – Elçe
00:00 Qranada – Betis
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest