Futbol üzrə Polşa çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Slask" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb.
 
Yeddi turdan sonra 6 xalı olan "Legiya" 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest