Futbol üzrə Kipr çempionatında 2-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi "Etnikos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Paeek" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
Araz da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
 
Keçirdiyi hər iki oyundan məğlubiyyətlə ayrılan "Etnikos" 2 turdan sonra 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest