İngiltərənin "Arsenal" klubundan ayrılan braziliyalı futbolçu David Luisin yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "Flamenqo" ilə anlaşıb.
 
O, 2022-ci ilin sonunadək Braziliya təmsilçisinin formasını geyinəcək.
 
Qeyd edək ki, David Luis ötən mövsüm London təmsilçisinin heyətində 30 oyuna çıxıb və 2 qol vurub. 2007-ci ildən Braziliyanı tərk edən oyunçu, həmin dövrdən bəri "Benfika", "çelsi", PSJ və "Arsenal" kimi klubların uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest