Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ikinci yoxlama görüşündə "çelik"lə qarşılaşacaq. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bosniya və Herseqovina təmsilçisi ilə oyunun məkanı və başlama saatı dəyişdirilib.

Görüşün Bakı vaxtı ilə 16:30-da startı planlaşdırılırdı. Lakin rəqiblər yarım saat tez, 16:00-da "IC Santai" otelinin stadionunda üz-üzə gələcək.

Qeyd edək ki, "Sumqayıt" həmçinin yanvarın 22-də "Vardar" (Makedoniya), 26-da isə "Zemun"la (Serbiya) üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest