"Real"ın futbolçusu Qaret Beyl sıradan çıxıb. Matc.az xəbər verir ki, uelsli yarımmüdafiəçinin ayaq əzələsində problem aşkarlanıb.
 
Bu barədə AS nəşri məlumat yayıb. Beyl zədə səbəbindən "Real"ın növbəti iki oyununu buraxacaq.
 
"Kral klubu" növbəti 2 matçında La Liqada "Selta" ilə, çempionlar Liqasında isə "İnter"lə (İtaliya) qarşılaşacaq.
 
Bu gün keçiriləcək "Real" – "Selta" matçına saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest