ötən ay "Fənərbaxça" ilə müqaviləsini ləğv edən Dieqo Perotti açıqlama verib. Matc.az xəbər verir ki, Argentina mətbuatına danışan Perotti, İstanbul klubunda çətin günlər keçirdiyini deyib:
 
"Yaşadığım zədəyə görə çətin anlarım oldu. özümü tək hiss etdim. özüm sağalmalı idim və tək məşqlər edirdim. Elə bir vəziyyət idi ki, pulun əhəmiyyəti yox idi. Məni müalicə edəcək heç kim yox idi. Klub tərəfindən də nəsə cəhdlər edilmirdi.
 
Sağalsam belə, oynamayacaqdım. Bunu yaxşı bilirdim və doğru olan müqaviləni ləğv etmək idi".
 
Dieqo Perotti ötən mövsümün əvvəlində İtaliyanın "Roma" klubundan "Fənərbaxça"ya transfer edilmişdi. Argentinalı futbolçu İstanbul təmsilçisində cəmi 4 oyuna çıxıb, 3 qol vurub. O, əvvəllər "Deportivo" (Moron), "Sevilya", "Boka Xuniors", "Cenoa" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest