Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb.
 
Aue təmsilçisi doğma meydanda Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, qarşılaşmanın 83-cü dəqiqəsində meydana buraxılıb.
 
6 oyuna cəmi 3 xal toplamış "Ersgebirge" 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest