AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik Azərbaycan Premyer Liqasının lll turu çərçivəsində sentyabrın  11-də keçirilmiş "Sabah" - "Qəbələ" oyununun 27-ci dəqiqəsində baş vermiş qayda pozuntusuna münasibət bildirib. Matc.az xəbər verir ki, o, bunları söyləyib:
 
"Sabah" - "Qəbələ" oyununun 27-ci dəqiqəsində baş vermiş qayda pozuntusu zamanı VAR sistemi tətbiq olunsaydı, epizod rəqibi aşkar qol vurmaq imkanından məhrum etmək kimi təfsir olunmaqla, qayda pozuntusuna yol vermiş futbolçuya qırmızı vərəqə göstərilə bilərdi".
 
Xatırladaq ki, "Sabah" - "Qəbələ" oyununun 27-ci dəqiqəsində qonaqların müdafiəçisi Murad Musayev meydan sahiblərinin futbolçusu Coy-Lens Mikelsi kobudluqla saxlamış və sarı vərəqə ilə cəzalanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest